Son yenilənmə: 10 sentyabr 2026
1. Ümumi müddəalar
aec.az saytı «AZEKOKONSALTİNQ» şirkətinə (VÖEN 1300388811) məxsusdur. Saytdan istifadə etməklə bu şərtləri qəbul etmiş olursunuz.
2. Məlumatın xarakteri
Saytdakı materiallar, o cümlədən bloq məqalələri ümumi məlumat xarakteri daşıyır və konkret vəziyyət üçün peşəkar məsləhəti əvəz etmir. Qərar qəbul etməzdən əvvəl mütəxəssislə məsləhətləşməyi tövsiyə edirik.
Qanunvericilik və dövlət proqramlarının şərtləri dəyişə bilər; saytdakı məlumatları mütəmadi yeniləsək də, onların hər an aktual olmasına zəmanət vermirik.
3. Qiymətlər
Saytda göstərilən qiymətlər («...-dən» formatında) ilkin məlumat xarakteri daşıyır və ictimai oferta deyil. Yekun qiymət və şərtlər layihə müzakirə edildikdən sonra müqavilədə müəyyən edilir.
4. Əqli mülkiyyət
Saytın mətnləri, dizaynı, loqosu və digər materialları AzEcoConsulting-ə məxsusdur. Mənbəyə aktiv link verilmədən və yazılı icazə olmadan onların kommersiya məqsədilə köçürülməsi qadağandır.
5. Xarici keçidlər
Sayt dövlət qurumlarının və digər təşkilatların saytlarına keçidlər ehtiva edə bilər. Həmin saytların məzmununa görə məsuliyyət daşımırıq.
6. Məsuliyyətin məhdudlaşdırılması
Saytdakı məlumatlardan müstəqil istifadə nəticəsində yarana biləcək itkilərə görə AzEcoConsulting məsuliyyət daşımır. Xidmətlərimiz üzrə öhdəliklər yalnız bağlanmış müqavilə ilə müəyyən edilir.
7. Tətbiq olunan hüquq
Bu şərtlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir.
8. Əlaqə
Şərtlərlə bağlı suallarınız üçün: info@aec.az, +994 50 214 24 10.

