1997-ci ildə əsası qoyulmuş AzEkoKonsaltinq şirkəti Azərbaycanın ilk biznes məsləhət şirkətlərindəndir. Hələ yolumuzun başlanğıcında biz öz fəaliyyətimizi bir neçə biznes prinsipləri üzərində qurmuş və bu günədək həmin prinsiplərə tam əməl etməkdəyik: Müştərinin tələbatının tam ödənilməsinə nail olmaq, peşəkarlıq, yüksək etik normalara əməl etmək. Bu prinsiplərin yerinə yetirilməsi AzEkoKonsaltinq şirkətinə daim irəliləməyə və Azərbaycanın biznes məsləhət xidmətləri bazarında göstərilən xidmətlərin keyfiyyətinə görə liderlərdən birinə çevrilməyə imkan vermişdir. Fəaliyyət göstərdiyimiz müddət ərzində əldə etdiyimiz əsas nailiyyətlər bunlardır:
müvəffəqiyyətli fəaliyyət dövrü ərzində qazanılmış bilik və təcrübə,
peşəkar əməkdaşlar və ekspertlər kollektivi,
müştərilərin inamı və rəqiblərin hörməti.
AzEkoKonsaltinq şirkəti İFC, EBRD, TACİS kimi müxtəlif. beynəlxalq institutlarla əməkdaşlıqda zəngin təcrübə toplamış ekspertlərinin yüksək peşəkarlığı sayəsində Azərbaycan bazarında böyük etibar qazanmışdır
AzEkoKonsaltinq şirkətinin əsas rəqabət üstünlükləri aşağıdakılardır:
- •yerli və xarici maliyyə institutları ilə iş təcrübəsi;
- •Azərbaycan və beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli kompleks xidmətlərin təqdim olunması imkanları;
- •Azərbaycan bazarının tələblərinə uyğun olan texnologiyalar, metodologiyalar, keyfiyyət standartlarından istifadə etmək bacarığı;
- •geniş məlumat bazasının olması