Biznes məsləhət şirkəti

Xidmətlər

Design

Biznes-plan və Texniki İqtisadi Əsaslandırma (TİƏ)

Sliders

Marketinq və Bazar araşdırmaları

Sliders

Biznes məsləhət xidmətləri

Options

Yerli və xarici müəssislərin yaradılması sahəsində məsləhət xidmətləri

Əslində şəxsi biznesə başlamaq heç də çətin deyil. Ən çətin məsələ şəxsi işə başlamaq haqqında qərarın qəbul edilməsidir. Biznes qurmaq və ya əlavə gəlir əldə etmək üçün yüzlərlə, hətta minlərlə biznes ideya mövcuddur.

Lakin necə bilmək olar ki, məhz Sizin seçdiyiniz ideya müvəffəqiyyət qazanmaq və gəlir əldə etmək iqtidarındadır?

Biznes ideya yeni biznesin yaradılması və ya fəaliyyət göstərən biznesdə yeni istiqamətin təşkil olunması, habelə biznesin inkişafı  məqsədilə istifadə olunan ideyaya deyilir. Biznes ideyanın qiymətlərndirilməsi üçün aşağıdakı addımların atılması tələb olunur:
  • Bazarın tədqiqi və icmalın hazırlanması (rəqiblər və bazar mövqeyi, istehlakçı üstüntutmaları, əsas istehlakçıların xarakteristikası, qiymət həddi və s.)
  • İlkin nəticə
  • Əgər mövcuddursa analoji bizneslərin ən yaxşı nümunələrinin axtarılması və tədqiqi (benchmarking)
  • İdeyanın həyata keçirilmə yollarının araşdırılması
  • Tədbirlər planının hazırlanması

İzahlı iqtisadi terminlər lüğətində Biznes-plan haqqında belə yazılmışdır:
“Biznes-plan – biznes fəaliyyətin həyata keçirilməsini, firmanın fəaliyyətini, firma haqqında məlumatları, onun istehsalı, əmtəəsi, satış bazarı, marketinqi, əməliyyatların təşkili xarakteri və onların səmərəliliyi səviyyəsini əks etdirən planı, proqramıdır; təsərrüfat subyektinin fəaliyyət istiqamətlərini proqnozlaşdıran və gələcəkdə onun inkişafından gözlənilən əsas maliyyə nəticələrini müəyyənləşdirən sənəddir. Həmin sənəddə yaxın illər üçün proqnozlaşdırılan satış həcmləri, istehsal xərcləri, ümumi mənfəət və rentabellik səviyyəsi, kreditlərin qaytarılması müddətləri və s. haqqında məlumatlar göstərilir. Sadə dildə desək, Biznes-plan yeni yaranan və ya mövcud biznesin işgüzar imkanlarını və perspektivlərini özündə cəmləşdirən, eyni zamanda, bu imkanların həyata keçirilməsi yollarını aydın şəkildə əks etdirən bir sənəddir.
Ümumiyyətlə, planlaşdırma hər bir sahibkarlıq fəaliyyətinin norması hesab edilir. Zənnimizcə Biznes-planı yalnız kommersiya layihəsinin deyil, eyni zamanda, gələcək və ya mövcud biznesin idarə edilməsinin təməli hesab etsək, yanılmarıq. Məhz Biznes-planın köməkliyi ilə yaranmış ideyaya bir növ kənardan baxmaq imkanı əldə olunur.

Biznes-plan tərtib olunmasının əsas məqsədi kredit alınması və ya investisiya cəlb edilməsi, müəssisənin strateji və taktiki inkişafının müəyyənləşdirilməsi və s.-dən ibarətdir. Biznes-plan tərtib olunmasının dörd əsas səbəbini ayırırlar:

1. Problem yaranmamışdan öncə, onu kağız üzərində (Biznes-planda) görmək imkanının əldə olunması.
2. Biznes-plansız praktik olaraq sərmayə cəlb olunmasının qeyri-mümkünlüyü.
3. Biznes-planın sahibkarlıq subyekti ilə yaxından tanış olmaq xüsusiyyətinə malik olması və bu sənədin sivil bazarın vacib tələblərindən biri kimi çıxış etməsi.
4. Biznes-planın vacib nəzarət və idarəetmə aləti olması.

Beləliklə, Biznes-plan sahibkarlıq fəaliyyəti sahəsində düşünülmüş ideyanın başlanğıc nöqtəsi və təməli, onun həyata keçirilməsi haqqında vahid strateji məlumat mənbəyidir. Bununla da Biznes-plan yaranmış ideyanın həyata keçirilməsi prosesində bütün əldə olunacaq nəticələrə birbaşa təsir göstərmək qabiliyyətinə malikdir.

Nə üçün AzEkoKonsultinq şirkəti?

  • •   Biznes məsləhət xidmətləri bazarında 20 ildən çox təcrübə
  • •   20-dən çox beynəlxalq layihə
  • •   200-dən çox beynəlxalq şirkətin yaradılmasına dəstək
  • •   2000-dən artıq layihədə iştirak
  • •   200-dən çox bazar araşdırması
  • •   600-dən çox biznes planın hazırlanması
  • •   20 texniki iqtisadi əsaslandırma
  • •   20 yerli və 6 xarici ekspert