Büdcə planlaşdırmaq və tərtib etmək üçün qiymətdə sərfəli alət lazımdır?
Şəraitə uyğun gəlməyən və ya səhvlərə məruz qalan elektron cədvəllərdən bezmisiniz?

Həll var:

Quantrix® vasitəsilə Ağıllı Maliyyə və Biznes Modelləşdirmə

Çoxölçülü modelləşdirmə texnologiyası. Sizin tələblərinizi nəzərə alır. Vaxtınıza qənaət edir.

Daha çox öyrənmək ⇓

  • Bu nə üçün vacibdir?

    Quantrixin ağıllı modelləri

    Çox vaxt planlaşdırma üçün standart, nümunəvi proqramlar bizim biznes fəaliyyətimizin xüsusiyyətlərini nəzər almır və ya məşhur elektron cədvəllər o qədər iri və qəliz olur ki, onları gələcəkdə səhv buraxmadan istifadə etmək qeyri-mümkün olur. Bununla yanaşı bizə modelləşdirmənin elə bir aləti lazımdır ki, o, bizim proqnozlarla bağlı qeyri-müəyyənliklərin uçotu üçün vacib olan müxtəlif ssenarilərin tez və asanlıqla yaradılması, “əgər belə olarsa” analizinin həyata keçirilməsi imkanı versin. Biznes proseslərin təkmilləşdirilməsi üçün vacib addımlardan biri, yeni proqram təminatının müvəffəqiyyətli tətbiqidir. Biz, bu vacib mərhələdə Sizə yardımçı olmağa şad olarıq.

    Biznes modelləşdirmə üçün dünyanın tanınmış platformalarından biri hesab edilən - Quantrix Sizin üçün yüksək keyfiyyətli tədris və model yaratma xidmətlərini özündə birləşdirən müvəffəqiyyət açarıdır. Bizim müvəffəqiyyətlə həyata keçirdiyimiz layihələrin siyahısı ilə Siz plan, büdcə, proqnoz və ya maliyyə hesabatlarının tez və effektiv tərtib olunmasına əmin ola bilərsiniz.

    Neft-qaz layihələrinin iqtisadi qiymətləndirilməsi üçün ağıllı modellər

    Bizim fəaliyyətimizin digər sahələrindən biri neft-qaz layihələrinin iqtisadi qiymətləndirilməsidir. Biz, məhsulun bölüşdürülməsi haqqında müqavilələrə əsaslanan qeyri-standart layihələr və ya aktivlərin alınması və ya satılmasında yataqlardan qaz istifadə etməklə elektrik enerjisinin generasiyası ilə bağlı qəliz şərtlər, həmçinin spesifik vergitutma qaydaları də daxil olan  istənilən qəlizliyə malik maliyyə modelləri yaradırıq. Biz, “əgər belə olarsa” analizini həyata keçirir, müqavilənin, neftin qiyməti üzrə proqnozların, investisiyaların həcm və qrafikinin, hasilat planının müxtəlif şərtlərinin təsirini sınaqdan keçiririk.

    Əgər Siz aktiv alıb və ya şatırsınızsa, onda bizim modellər Sizə onların qiymətini modelləşdirməkdə kömək edəcək, həmçinin layihə ilə bağlı riskləri anlamağa imkan verəcəkdir. Biz Almaniya, Avstriya, Macarıstan, Polşa, Rumıniya, Azərbaycan, Gürcüstan, Ukrayna və digər ölkələrdə neft və qaz kəşfiyyat və hasilatı üzrə layihələrin qiymətləndirilməsində böyük təcrübəyə malikik.

  • Əsas üstünlüklər

    Həqiqətən tez uyğunlaşır, belə ki, istənilən halda istifadə oluna bilər. Bizim modellər qəliz idarəetmə strukturlarını, müxtəlif müqavilə şərtlərini və ya vergi konstruksiyalarını əhatə edə bilir.
    Məlumatların güclü inteqrasiyası – model və kənar məlumat bazaları arasında məlumatların birbaşa ötürülməsi. Paylaşma və birgə iş üçün “Bulud xidməti ilə inteqrasiya”. Məlumatlardan ayrılmış daha az düstur. Modeli asanlıqla yoxlamağa, qarşılıqlı asılılığı tapmağa imkan verən intuitiv, anlaşıqlı dil. İnteraktiv təqdimatlar və hesabatlar. Siz, həssaslıq analizini həyata keçirə, analitiklər və ya menecment üçün idarəetmə paneli yarada bilərsiniz. Siz, model üzərində nəzarət və müəllifliyi qoruyub saxlayırsınız.
    Əhatəlilik – biznesinizlə birlikdə genişlənir.
    Yeni başlayan və təcrübəli istifadəçilər üçün kompleks təlim proqramı.
    Konkret nəticəyə istiqamətlənmiş məsləhət xidmətləri və tətbiq, illik xidmət, modelin optimallaşdırılması.
    Qərar qəbul edən rəhbər işçilər üçün əla analitik biznes məlumat.

  • Təlim

    Bizim təlim proqramı interaktiv dərslər və misalların aktiv istifadəsinə əsaslanır. Biz hər bir vacib aspektin anlaşılması üçün çalışmalar hazırlayır və təlim proqramını təlimdə iştirak edənlərin konkret tələblərinə uyğunlaşdırırıq. Təlim kursunun sonuna Siz aşağıdakıları yerinə yetirə biləcəksiniz:

    - Quantrix ilə modelləşdirmə metodologiyasını və elektron cədvəllərlə matrisa arasındakı fərqi anlamaq;
    - Quantrix modelinin planlaşdırma prosesindən istifadə etmək;
    - Struktur yarada bilmək: struktur komponentlərini müəyyənləşdirmək, kateqoriyalar və elementlər artırmaq;
    - Məntiq əlavə etmək: düstur yazmaq;
    - Görüntülər, qrafiklər, təqdimatlar və idarəetmə panelləri yaratmaq;
    - Ssenarilər yaratmaq və “əgər belə olarsa” analizi həyata keçirmək;
    - DataNav və DataPush-dan istifadə etməklə məlumatları inteqrasiya etmək;
    - İstifadəçi rolları və daxil olma hüququ vasitəsilə modelə nəzarət etmək;
    - Planlaşdırmaq və büdcə tərtib etmək üçün modelləşdirmə sistemlərini anlamaq;

    Sizə aşağıdakı təlim materialları təqdim olunacaqdır: Giriş dərslik, Təlim tapşırıqlarının təlimatı və Çalışmalar üçün modellər də daxil olan fayllar. Kursu müvəffəqiyyətlə başa vurduqdan sonra iştirakçılara sertifikatlar təqdim olunacaqdır.

  • Konsaltinq, Modellərin yaradılması

    Təlim kursunun sonunda müəssisənizə xas olan struktur komponentlərin müəyyənləşdirilməsi və matrisaların və uyğun modelləşdirmə sistemlərinin quraşdırılması üçün Sizin müəssisənin faktiki məlumatlarından istifadə olunacaqdır. Beləliklə, təlim kursu və konsaltinq eyni vaxtda həyata keçiriləcəkdir ki, bu da təlimdə iştirak edənlərə öz real məlumatlarından istifadə etməklə model yaratmağa imkan verəcəkdir. Biz modelləşdirmədə aşağıdakı addımbaaddım yanaşmadan istifadə edəcəyik:

    1. Strukturun yaradılması. Biz komponentləri, həmçinin onlar arasındakı qarşılıqlı əlaqəni müəyyənləşdirir və əlavə edirik (İlk öncə məlumatları yükləmirik).
    2. Məntiq yaradırıq. Seçmə məlumatlardan istifadə edirik. Düsturlar kateqoriya və elementlərə əsaslanır.
    3. Məntiq və strukturu sınaqdan keçiririk. Bir kateqoriyada istənilən dəyişiklik bu model üzrə dəqiqliyi ilə yenilənir və əks olunur (elektron cədvəllərdə olduğu kimi bütün səhifələr üzrə sətir və sütunlarda istənilən dəyişiklikləri əl ilə doldurmağa ehtiyac yoxdur).
    4. Görüntülər, qrafiklər, təqdimatların yaradılması.
    5. Məlumatların ötürülməsi. Hər şeyin düzgün işlədiyinə əmin olduqdan sonra, biz bütün məlumatları oraya ötürürük.

    Beləliklə, biz, Sizin tələblərinizə cavab verən həllər və son məhsul əldə edirik

  • Oyak Beton
    Türkiyənin ən iri beton istehsalçısı bizim Quantrix ilə büdcə tərtibatı xidmətindən istifadə edir.

    OYAK Beton Türkiyənin ən iri beton istehsalçılarındandır. 6 reginda 60 zavoda malik olmaqla, şirkət körpülər, metro xətləri, yeraltı keçidlər, magistrallar, aeroportlar və s. daxil olan böyük infrastruktur layihələr həyata keçirir.

    Bizim təlim və modellərin yaradılması üzrə xidmətlərimizdən istifadə etməklə şirkət, qısa müddət ərzində çox böyük və detallı büdcə tərtib etmək məqsədilə Quantrixi tətbiq edə bildi ki, bunun da nəticəsi olaraq nəzərəçarpacaq dərəcədə vaxta qənaət olundu, səhvlər aradan qaldırıldı və menecment üçün daha keyfiyyətli işgüzar məlumat əldə olundu. Oyak Betonun müvəffəqiyyət tarixi haqqında slaydlara baxın. ⇓

    1. Slide 2 of 4
     
     
  • rag
    Layihələrin iqtisadi cəhətdən qiymətləndirilməsi, Neft qaz biznesi üçün layihələr portfeli və Biznes-plan hazırlanması

    Avstriyanın neft qaz şirkəti biznesinə uyğun gəlməyən elektron Excel cədvəllərinə əsaslanan sistemdən Quantrixə keçidin vacibliyini anladı. Həm də nəzərə almaq lazımdır ki, bu, yalnız layihələrin iqtisadi cəhətdə qiymətləndirilməsi üçün deyil, eyni zamanda, bütün beynəlxalq investisiyalar Portfelinin, Kəşfiyyat və Hasilat Biznes-planının yaradılması məqsədilə edilmişdir. Tahir Tahirov tərəfindən yaradılmış sistem RAG-a unikal müqavilə və vergi şərtlərini modelləşdirməyə, layihələri müqayisə etmək və sıralamağa, həmçinin layihəyə, ölkəyə və regiona qoyulan investisiyaların faydasını tədqiq etməyə imkan verdi. Bu işimiz ABŞ-da, iri neft konfransında müvəffəqiyyətlə təqdim edilmişdir. Bax: təqdimat ⇓

    1. Slide 3 of 13